Ümumi məlumat
Kapital Bank namizədləri Satış kanalları şöbəsində Promouter vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
- Bakı şəhərində yerləşən 28 Mall və Gənclik Mall ticarət mərkəzlərində Kapital Bank ASC-nin stendinə yaxınlaşan müştərilərə Bankın məhsulları haqqında məlumat vermək
- Potensial müştərilərə bank məhsulları barədə təqdimatın keçirilməsi və müştəri tələbinin formalaşdırılması
- Bank məhsullarını əldə etmək istəyən potensial müştərilərin müəyyən edilməsi, ilkin təhlili, qiymətləndirilməsi və Bankın filiallarına yönləndirilməsi və s.
Tələblər
- Ali təhsil
- Əla ünsiyyətqurma və izahetmə qabiliyyəti
- Məsuliyyət, düzgünlük, dəqiqlik, aydın diksiya, detallara diqqət yetirmək qabiliyyəti
- MS Office proqramları üzrə biliklər
- Əla səviyyədə Azərbaycan və yaxşı səviyyədə Rus dili biliyi
- Növbəli iş rejimində işləmə imkanı (növbələr 10:00-22:00 arasında müəyyənləşdirilir)
CV göndərmək üçün link: http://bit.ly/2K98vEB