Vakansiya haqqında məlumat:
Struktur bölmə : Satış kanalları və marketinq departamenti, Əlaqə Mərkəzi şöbəsi
Vəzifə : Kiçik mütəxəssis
Əmək haqqı : Ştat cədvəlinə uyğun olaraq
İş saatları (iş rejimi) : 09:00-18:00
Son müraciət tarixi : 09 sentyabr 2018-ci il
Əsas vəzifə öhdəlikləri:
1. Əlaqə Mərkəzinə gələn zəngləri müştəri xidmət standartlarına uyğun cavablandırmaq;
2. Müştərilərə çıxış zəngləri etmək, online çat vasitəsilə daxil olan müraciətləri yazılı cavablandırmaq;
3. Şirkətin məhsul, tarif və xidmətləri barəsində müştəriləri məlumatlandırmaq;
4. Telefon vasitəsilə müştərilərə soyuq zənglər etmək, sığorta məhsullarının satışı və çarpaz satışını həyata keçirtmək;
5. Debitor məbləği olan müştərilərə zənglər etmək və sığorta haqqlarının ödənilməsini təqib etmək.
Namizədə olan tələblər:
İş təcrübəsi : Tələb edilmir;
Təhsili/ixtisası : İstənilən ixtisas üzrə ali təhsil tələb olunur;
Dil bilikləri : Azərbaycan və rus dilləri yüksək səviyyədə bilməlidir;
Kompüter bilikləri : MS Office;
Üstünlüklər : İngilis dilini bilənlərə və sahə üzrə iş təcrübəsi olanlara üstünlük veriləcəkdir;
Fərdi keyfiyyət tələbləri : Danışıqlar aparmaq bacarığı, ünsiyyət/inandırma/dinləmə/məlumatın düzgün ötürülməsi bacarığı, müştəri yönümlülük, təqdimetmə bacarığı, konfliktlərin/stresin idarə edilməsi, etibarlılıq, komanda ilə işləyə bilmək, aktiv öyrənmə bacarığı, məsuliyyətlilik (icraetmə bacarığı, vaxtın idarə edilməsi, məqsədyönümlülük, nəticəyə meyllilik bacarığı), təşəbbüskarlıq və yenilikçilik bacarığı.
İmtiyazlar:
Könüllü tibbi sığorta : 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası.
Digər məlumatlar:
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15
Əlaqə vasitələri : www.pasha-life.az ; (012) 567-32-36
Vakansiya üçün müraciət qaydası : CV-lər “Contact center” mövzusu ilə [email protected] elektron ünvanına göndərilməlidir.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.