8 C
Baku
Thursday, March 13, 2025

Satış Koordinatoru – MətanətA

Satış Koordinatoru

Vəzifə öhdəlikləri:

1.  İstehsal olunan məhsulların satış nöqtələrinə və sifarişçilərə vaxtı-vaxtında və keyfiyyətli şəkildə çatdırılmasını təşkil etmək, satış təmsilçilərinin fəaliyyətini təşkil və idarə etmək.
2.  Satış koordinatoru aylıq müştəri satıcı bonuslarını hesablayır.
3.  Müştəri debitor borcları ilə bağlı hesabatı hazırlayır.
4.  Aylıq satış analizlərini aparır, hesablayır və bu barədə şöbə müdirinə hesabat verir.
5.  Müştəri kartlarını hazırlayır, qeydiyyatını aparır və 1C proqramında işləyir.
6.  Müştərilərlə bağlanmış priz kompaniya müqavilələrini işləyir, priz kompaniyalarının müddəti bitdikdən sonra udulan prizləri hesablayır.
7.  Təmsilçilərin günlük hesabatını çıxarır
8.  Müştərilərin sifarişlərini qəbul edir, hazırlayır.
9.   Bütün müqavilələri qeydə alır.
10. Satış koordinatoru  hər ayın əvvəlində ötən ayda gördüyü işlər barəsində xüsusi tərtib olunmuş formaya müvafiq olaraq hesabat tərtib edir.

Tələblər:

Təhsil:  Ali (bakalavr)
İş təcrübəsi: Ən azı bu sahədə 3 ildən az olmayaraq.
Kompüter biliyi: Word, Excell,1 C.
Dillər:  Azərbaycan  dili.
Şəxsi keyfiyyətləri:
Fikrini izah etmək qabliyyəti;
Ünsiyyət yaratmaq bacarığı;
İşə planlı yanaşması;
Fəal olması.
Əmək haqqı
Razılaşma yolu ilə

Analitik düşünmə və analiz qabiliyyətinin olması,işinə vicdanla yanaşan, dəqiq və dürüst olması tələb olunur.

Maraqlananlar öz CV formalarını [email protected] ünvanına göndərə bilər( məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır)

Son xəbərlər
Digər xəbərlər