“DəmirBank” ASC 24/7 rejimində fasiləsiz olaraq xidmət göstərən filial üçün Satış məsləhətçisi vəzifəsinə işəqəbul elan edir.
27 illik tarixə və zəngin təcrübəyə malik olan DəmirBank ölkədə aparıcı banklardan biri olmaqla Azərbaycanın əksər regionlarında öz müştərilərinə geniş çeşiddə bank xidmətləri göstərir və onların rifahı üçün çalışır. Bu məqsədləri həyata keçirmək yolunda yorulmadan səy göstərən peşəkar əməkdaşlarımızla ilə fəxr edirik və Sizi də DəmirBank ailəsinə, onun mehriban kollektivinə və qaynar korporativ həyatına qoşulmağa dəvət edirik.
Vəzifə öhdəlikləri:
• Növbəli qrafik üzrə 18:00-00:00, 00:00-09:00 iş saatlarında çalışmaq;
• Cari hesab xidməti üzrə məsləhət və satışları həyata keçirmək;
• Təcili pul köçürmə sistemləri (o cümlədən “Şimşək” sistemi) üzrə müştərilərə məsləhət vermək və satışları həyata keçirmək;
• Plastik kartlar üzrə müştərilərə məsləhət vermək və satışları həyata keçirilmək;
• Bütün növ depozitlər üzrə müştərilərə məsləhət vermək və depozit məhsulunun satışını həyata keçirmək;
• Digər qeyri-kredit məhsul və xidmətləri üzrə müştərilərə məsləhət vermək və satışı həyata keçirmək;
• Müştərilərə hesablar üzrə məlumatlar vermək, müştərinin tələbi əsasında mövcud qayda və prosedurlara əsaslanaraq hesab əməliyyatları (mədaxil, məxaric, konvertasiya və s.) aparmaq;
• Müştərilərə kredit satışları zamanı onların hesab əməliyyatlarını aparmaq;
• Çarpaz satışları həyata keçirmək.
Namizədə qarşı tələblər:
• Ali təhsil;
• Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəyə malik olmalı;
• Azərbaycan və Rus dilini mükəmməl səviyyədə bilməli (Ingilis dilini bilənlərə üstünlük verilir);
• Düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
• Yüksək ünsiyyət və problemləri həll etmə bacarıqlarına sahib olmalı;
• Yüksək etik peşəkar və davranış keyfiyyətlərinə malik olmalı;
• Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək, insan psixologiyasına bələd olmalı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 15 noyabr 2016-cı il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Satış Məsləhətçisi” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
DəmirBank özünün insan resursları siyasətinə əsasən müraciətçilərə bərabər seçim imkanları yaradır. Vakansiyanın tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, ailə vəziyyətinə, sosial-iqtisadi durumuna, baxışlarına görə ayrıseçkilik edilmədən nəzərdən keçiriləcəkdir.