11 C
Baku
Tuesday, November 26, 2024

Satış təmsilçisi (Avto satış üzrə) / Ferrari Baku – Avtolux Azerbaijan LLC

Ferrari Baku” üçün Satış təmsilçisi (Avto satış üzrə)  tələb olunur.

İş vaxtı qrafik üzrə müəyyən olunur.

Namizədə olan tələblər:

1. 3 il müvafiq sahədə iş təcrübəsi ;
2. Ali təhsil;
3. Rus-dili biliyi ;
4. İngilis-dili biliyi(üstünlük verilir);
5. Yaş həddi 22-35 ;

Vəzifə öhdəlikləri:

1.Müştəriləri gülərüzlə qarşılamaq, onlara salonda  olan avtomobillər, xidmətlər və kampaniyalar haqqında ətraflı məlumat vermək;
2. Salona daxil olan hər bir müştəriyə özəl xidmət göstərərək satış prosesinə uyğun avtomobillər haqqında tam, hərtərəfli məlumatlar vermək, məsləhətlər verərək müştəri üçün uyğun olan məhsulun satılmasına nail olmaq;
3.Qarşısına qoyulan hədəfləri, satış planını yerinə yetirmək və bu hədəflər çatmaq üçün təkliflər vermək, yeni müştəriləri cəlb etmək;
4.Müştərinin avtomobil ilə əlaqədar suallarını ətraflı cavablandırmaq üçün təşkil edilən təlimlərdə aktiv iştirak edərək, verilən təlimatları öyrənərək özünü inkişaf etdirmək, avtomobil biliyini və satış texnikasını tam mənimsəmək;
5.Müştəri ehtiyaclarını öyrənmək, bazarda olan prosesləri izləmək, müştəridən gələn informasiyaları toplamaq, təhlil etmək və təkliflər vermək;

Email : [email protected]

Tələblərə uyğun olmayan və “Subject” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV” – lərə baxılmayacaq.

Son xəbərlər
Digər xəbərlər