-1 C
Baku
Sunday, December 15, 2024

Satış üçün daha bir vasitə!®

Müasir dövrdə rəqəmsal texnologiyaların inkişafı fonunda bir çoxlarımız alış-verişi də onlayn etməyə üstünlük veririk. Bu da, mağaza sahiblərinə məhsullarını daha bir üsulla reallaşdırmağına əlverişli mühit yaradır.

Expressbank, zamanla ayaqlaşaraq, həmin sahibkarların satışına dəstək olur və İnternet Ekvayrinq xidmətinə qoşulmaqda köməklik göstərir. 

Belə ki, fərdi sahibkar və ya hüquqi şəxs virtual pos terminalın quraşdırılması məqsədilə Expressbank-ın istənilən filialına yaxınlaşa bilər. Xidmətdən faydalanmaq üçün müştəri Bankda ərizə-anket formasını doldurur və müvafiq sənədləri təqdim edir.

Beləliklə, müştəri İnternet Ekvayrinq xidmətinə qoşularaq, yeni satış kanalının yaranması nəticəsində satışlarını artıraraq, daha yüksək mənfəət əldə etmiş olacaq.

Biznes və pərakəndə bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən “Expressbank”ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumatı “132” Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil olaraq əldə edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər