Satış üzrə Mütəxəssis
Vəzifələr:
– Satış mərkəzlərini ziyarət edərək sifarişləri qəbul etmək;
– Gundəlik ərazidə görülən işləri və sabahki iş planını satış meneceri ilə müzakirə etmək;
– Müştəri borclarındakı hərəkətliliyini yoxlamaq;
– Ziyarət sayı, effektivlik dərəcəsi və götürülməyən sifarişlərin səbəblərini araşdırmaq;
– Həyata keçirilən kampaniyalarla bağlı müştəriləri düzgün məlumatlandırmaq;
– Problemli müştərilə haqqında rəhbərliyi vaxtında məlumatlandırmaq;
– Ərazisində yeni satış nöqtələri tapmaq, müştərilər cəlb etmək;
– DPSM prinsiplərinə riayət edir:
1. Distribution (Distribyutorluq) – Bütün növ məhsulların satış nöqtələrində olmasını təmin etmək;
2. Pricing (Qiymət siyasəti) – Şirkətin qiymət siyasəti ilə bütün satış nöqtələrindəki müştəriləri tanış edir, qiymət təkliflərini irəli sürür;
3. Shelfing (Şelfinq) – şirkətin təmsil etdiyi məhsulların satış nöqtələrindəki piştaxtalarda əvəlcədən müəyyən olunmuş qaydada düzülüşünü təmin etmək;
4. Merchandising (Merçendaysinq) – şirkətin təmsil etdiyi məhsullara aid reklam ləvazimatlarından düzgün istifadəsini təmin etmək;
Tələblər:
– Məhsulların çeşidini, növünü, tərkibini, qiymətini, saxlanma şəraitini, daşınma qaydalarını, son istifadə tarixini bilmək;
– Marketinq və bazar seqmentlərinin əsaslarını bilmək;
– Keçirilən aksiya və endirim kampaniyalarının şərtlərini və aktiv olma müddətini bilmək;
– Məhsulların müştərilərə verilmə şərtini və vitrində düzülmə qaydalarını bilmək;
– İşlədiyi ərazini və o ərazidə fəaliyyət göstərən ticarət nöqtələrini bilmək;
– İşgüzar ünsiyyətin əxlaqını, peşə etiketikasına aid olan qaydaları, davranış etikasını bilmək;
– Satışın psixologiyası və prinsiplərini bilmək;
Yaş: 22-35 yaş;
İş təcrübəsi: 2 ildən 5 ilə qədər;
Mühərrik yağlarının satışında çalışanlara üstünlük verilir;
Şəxsi avtomobilin olması mütləqdir.
İş şəraiti:
İş qrafiki həftənin 6 günü;
İş saatı 1-5-ci günlər 09.00-dan 18.00 kimi, 6-cı gün 09.00- dan 17.00 a qədərdir.
Telefon danışıqları , amortizasiya, benzin xərcləri şirkət tətrəfindən ödəniləcəkdir;
E-mail: [email protected]