6 C
Baku
Sunday, December 15, 2024

Satışa 5 milyon manatlıq ipoteka istiqrazı çıxarılır

Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka Fondunun (AİF) AZ2009008684 dövlət qeydiyyat nömrəli, faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının yerləşdirilməsi üzrə ilk hərrac keçiriləcək.

Hərraca 5 000 000 manat həcmində istiqraz çıxarılacaq. Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçiriləcək. İstiqrazlar 100.8500% qiymətlə satışa çıxarılacaq.

İstiqrazların ödənmə tarixi 21 noyabr 2024-cü ildir. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda, sifarişlər proporsional qaydada təmin ediləcək. İstiqrazların ilkin yerləşdirilməsində iştirak edən təşkilat Azərbaycan Respublikası Mərkəzi Bankıdır.

Qeyd edək ki, cari ilin əvvəlindən ipoteka istiqrazlarına tələbat azalıb.

Son xəbərlər
Digər xəbərlər