15 C
Baku
Saturday, November 2, 2024

Satışın az hissəsi “SOCAR”ın payına düşüb

2021-ci ilin yanvar-iyul ayları üzrə  Azərbaycanda təxminən 20,1 milyon ton neft hasil edilib. 

Banker.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, neft hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən, 522,2 min ton az olub.

Hesabat dövründə təxminən 16,4 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub ki, bunun 15,6 milyon tondan çoxu konsorsiumun, 823,7 min tonu isə SOCAR-ın payına düşür. Neftin (kondensatla birlikdə) ixraca nəqli 2020-ci ilin müvafiq dövrünə nisbətən, təxminən 517,5 min ton, yəni 3 faiz azdır. 

Ölkədə neftin emalı 2021-ci ilin yanvar-iyul aylarında 3,9 milyon ton təşkil edib ki, ötən ilin müvafiq dövrünə nisbətən 257,9 min ton çox olub.

Son xəbərlər
Digər xəbərlər