Vakansiya # 019
Departament / Şöbə Satış departamenti
Vəzifənin adı Satışın inkişaf etdirilməsi və yeni kanallar üzrə ekspert
Kateqoriya Ştat
İşin növü Tam iş günü
Öhdəliklər
• Kredit Kart və Azərbaycan üzrə digər yerli ödəniş xidmətləri barədə biliyə malik olmaq
• Yeni ödəniş metodlarının tətbiqi və fəaliyyətinin idarə edilməsi sahəsi üzrə ekspert qismində çıxış etmək
• Şirkətin cari ödəniş proseslərinə dair öz təkliflərini və töhfəsini verərək, ödəniş strategiyalarını müəyyən etmək məqsədilə digər qruplarla işləmək
• Azərbaycan və qonşu ölkələrin müştəri ödəniş üsulları sahəsində ən qabaqcıl təcrübəsinə əsaslanaraq ödəniş strategiyalarını təkmilləşdirmək və həyata keçirmək
• Ölkə üçün səciyyəvi olan elektron ödənişlər strategiyasını inkişaf etdirmək
• Ödənişlərin idarə edilməsi və onlara nəzarət strategiyasını inkişaf etdirmək və həyata keçirmək
• Avtomatlaşdırılmış ödəmə üsullarının işlənməsini təkmilləşdirmək və istifadəsini optimallaşdırmaq
• Mümkün sahələrdə ödəniş proseslərinin avtomatlaşdırılması üçün imkanları müəyyən etmək
• Ödəniş təchizatçısı ilə əməkdaşlıq əlaqələrini qurmaq və idarə etmək
Təhsil Bakalavr dərəcəsi
Dil bilgiləri
• Azərbaycan və rus dillərini əla səviyyədə bilmək
• Rus dilini orta səviyyədə bilmək
Kompüter bacarıqları Microsoft Office proqramları
İş təcrübəsi və bacarıqlar
• Satış sahəsində 3 il
• Ünsiyyət yaratmaq bacarığı
• Planlaşdırma və məlumatın idarə edilməsi bacarıqları
• Komandada işləmək və əməkdaşlıq qabiliyyəti
• Effektiv təşkilati bacarıqlar
• Dəqiq qiymətləndirmə bacarığı
• Effektiv qərar qəbul etmə qabiliyyəti
• İnsanlararası ünsiyyət bacarıqları
• Təqdim etmə bacarığı
• Çevik düşüncə
• Riyazi düşüncə tərzi
• Tez öyrənmək qabiliyyəti
Necə müraciət etmək olar
Zəhmət olmasa Müraciət Formanızı [email protected] ünvanına göndərin və məktubun “Mövzu” bölməsində “019_ Satışın inkişaf etdirilməsi və yeni kanallar üzrə ekspert ” kodunu qeyd edin.