17 C
Baku
Saturday, May 18, 2024

Satışın inkişaf etdirilməsi və yeni kanallar üzrə Ekspert – Bakcell

Vakansiya # 019

Departament / Şöbə Satış departamenti

Vəzifənin adı Satışın inkişaf etdirilməsi və yeni kanallar üzrə ekspert

Kateqoriya Ştat

İşin növü Tam iş günü

Öhdəliklər

• Kredit Kart və Azərbaycan üzrə digər yerli ödəniş xidmətləri barədə biliyə malik olmaq
• Yeni ödəniş metodlarının tətbiqi və fəaliyyətinin idarə edilməsi sahəsi üzrə ekspert qismində çıxış etmək
• Şirkətin cari ödəniş proseslərinə dair öz təkliflərini və töhfəsini verərək, ödəniş strategiyalarını müəyyən etmək məqsədilə digər qruplarla işləmək
• Azərbaycan və qonşu ölkələrin müştəri ödəniş üsulları sahəsində ən qabaqcıl təcrübəsinə əsaslanaraq ödəniş strategiyalarını təkmilləşdirmək və həyata keçirmək
• Ölkə üçün səciyyəvi olan elektron ödənişlər strategiyasını inkişaf etdirmək
• Ödənişlərin idarə edilməsi və onlara nəzarət strategiyasını inkişaf etdirmək və həyata keçirmək
• Avtomatlaşdırılmış ödəmə üsullarının işlənməsini təkmilləşdirmək və istifadəsini optimallaşdırmaq
• Mümkün sahələrdə ödəniş proseslərinin avtomatlaşdırılması üçün imkanları müəyyən etmək
• Ödəniş təchizatçısı ilə əməkdaşlıq əlaqələrini qurmaq və idarə etmək

Təhsil Bakalavr dərəcəsi

Dil bilgiləri

• Azərbaycan və rus dillərini əla  səviyyədə bilmək
• Rus dilini orta  səviyyədə bilmək

Kompüter bacarıqları Microsoft Office proqramları

İş təcrübəsi və bacarıqlar

• Satış sahəsində 3 il
• Ünsiyyət yaratmaq bacarığı
• Planlaşdırma və məlumatın idarə edilməsi bacarıqları
• Komandada işləmək və əməkdaşlıq qabiliyyəti
• Effektiv təşkilati bacarıqlar
• Dəqiq qiymətləndirmə bacarığı
• Effektiv qərar qəbul etmə qabiliyyəti
• İnsanlararası ünsiyyət bacarıqları
• Təqdim etmə bacarığı
• Çevik düşüncə
• Riyazi düşüncə tərzi
• Tez öyrənmək qabiliyyəti

Necə müraciət etmək olar

Zəhmət olmasa Müraciət Formanızı [email protected] ünvanına göndərin və məktubun “Mövzu” bölməsində “019_ Satışın inkişaf etdirilməsi və yeni kanallar üzrə ekspert ” kodunu qeyd edin.

 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər