9 C
Baku
Thursday, December 12, 2024

Satışları artırıb, xaricə 270 mln. manatlıq məhsul satıblar

Sənaye parklarında 2021-ci ilin birinci yarımilliyində 45 % çox, yəni 841 milyon manatlıq məhsul istehsal edilib. Həmçinin, 2020-ci ilin I yarısında sənaye parklarının rezidentləri tərəfindən 195 milyon manatlıq məhsul ixrac olunmuşdusa, 2021-ci ilin I yarısında 270 milyon manatlıq (38 % çox) ixrac həyata keçirilib.

Banker.az xəbər verir ki,  2021-ci ilin birinci yarısında sənaye parklarının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 12.2 %, qeyri-neft sənayesi məhsullarının ixracında xüsusi çəkisi isə 22 % təşkil edib. Sənaye parkları üzrə qoyulmuş investisiyaların sənayenin qeyri-neft sektoruna qoyulmuş investisiyalarda xüsusi çəkisi 2021-ci ilin I yarısında 13.4 % olub.

Qeyd edək ki, sənaye parklarında istehsal olunan məhsullar 30-dan çox ölkəyə ixrac edilib.

Son xəbərlər
Digər xəbərlər