9 C
Baku
Friday, November 1, 2024

Satışların və subsidyaların artımına rəğmən “Bakı Metropoliteni” yenə zərər edərək, yığılmış zərərini 427 mln. manata çatdırıb

2018-ci il ərzində “Bakı Metropoliteni” QSC-nin nəqliyyat müəssisəsinin sərnişindaşımadan gəliri 54,19 mln. manat, dövlətdən ayrılan subsidyanalrın həcmi isə 48,8 mln. manat olub.

Banker.az “Bakı Metropoliteni”nin 2018-ci il üzrə maliyyə hesabatına istinad edir.

Satışın həcmi 2017-ci il ilə müqayisədə satış 22% -dən çox, dövlətdən ayrılan subsidyalar isə 8% bu il daha çox olub.

2018-ci il ərzində metropolitenin ümumi elektrik enerjisinə çəkdiyi xərc 11,41 (öncəki il 11,43 mln. manat idi) işçi heyətinə çəkilən xərc 44,20 mln. manat olub (öncəki il 41,13 mln. manat idi).

Bundan əlavə, sair əməliyyat gəlirləri 5,763 mln. manat (8,3% çox), istifadə etdiyi material ehtiyatlarının dəyəri 6,643 mln. manat (8,8% çox), istifadə etdiyi neft məhsullarının dəyəri 467 min manat (12% çox), istifadə etdiyi qazın dəyəri 225 min manat (8,7% çox), istifadə etdiyi suyun dəyəri 4,117 mln. manat (1% az), torpaq, tikinti və avadanlıqlar üzrə amortizasiya xərcləri 85,144 mln. manat (4,65% çox), qeyri-maddi aktivləri üzrə amortizasiya xərcləri 123 min manat (22,15% az), tikinti və avadanlıqlarının qalıq dəyəri 833 min manat (10,7% az), digər xərcləri 6,857 mln. manat (11,7% çox), sair əməliyyat xərcləri isə 3,609 mln. manat (24,6% az) təşkil edib.

Beləliklə “Bakı Metropoliteni” ötən ili 54,87 mln. manat xalis zərərlə başa vurub.

Bununla da, metropolitenin illərdən yığılmış zərəri 14,8% artaraq 426,610 mln. manata çatıb. 

3213

Son xəbərlər
Digər xəbərlər