17 C
Baku
Bazar ertəsi, Sentyabr 27, 2021

Satma öhdəlikli kirayə mənzillərin qeydiyyat və qiymət şərtləri

Screen Shot 2021 09 02 at 14.34.20

Azərbaycanda hökumət tərəfindən ötən il mənzil və ipoteka bazarında yeni məhsul ortaya çıxdı. Bu satmaq öhdəlikli kirayə mənzillərdir. İnvestisiya xarakterli bu məhsulun əhalinin mənzil təminatında  necə uğurlu olacağını hələki öncdədən nə qədər uğurlu olmasını öncədən proqnoz etmək erkəndir. Lakin, əhali tərəfindən hələ də bu mənzillərin əldə olunması ilə bağlı qaranlıq qalan məqamlar mövcuddur. Yaşayış sahələrini alması və satmaq öhdəliyi ilə kirayəyə vermə öhdəliyi İpoteka və Kredit Zəmanət Fondudur (İKZF). Fond bildirir ki, bunu Kanada, Sinqapur və Qazaxıstan kimi ölkələrin təcrübəsini nəzərdən keçirərək bu sistemi hazırlayıb. Son məlumata görə artıq 380 nəfər şəxslə bu npv mənzil müqaviləsi imzalanıb.

Satmaq öhdəlikli kirayə mənzillər nədir?

Yaşayış sahəsi satmaq öhdəliyi ilə kirayəyə vermək məqsədilə İKZF-in satın aldığı və ya digər əsaslarla İKZF-in mülkiyyətinə keçən, vətəndaşların daimi yaşaması üçün yararlı daşınmaz əmlakdır. Kirayə mənzili almaq istəyən şəxslə müəyyən edilmiş şərtlərə uyğun olduğu halda İKZF müqavilə imzalayır. Yəni, İKZF öz vəsaiti hesabına tam təmirli bir mənzili alır və ya tikdirir sonra bunu satma öhdəliyi ilə vətəndaşlara kirayəyə verir. Vətəndaşla Fond arasında müqavilə müddəti bitdikdən və mənzilin haqqı ödənildikdən sonra bu mənzil vətəndaşa (çıxarışla) qalır. Müddət isə minimum olaraq 3 il, maksimum olaraq isə 25 il götürülür.

Satma öhdəliyi ilə kirayə mənzil tam təmirli olur. Qaz, su və elektrik enerjisi təmin edilir.

Əmlak kirayəsindən fərqi…

Əhali yaşamaq üçün kirayə olaraq hər hansısa şəxsdən ev (əmlak) edir. Bu zaman bazardakı real qiymətlərlə münasibtdə kirayələdiyi mənzilin aylıq ödənişini verməli olur. Əmlak kirayəsi müəyyən müddətə qədər yaşamaq imkanı verir. Müqavilə (bağlanmışsa) ilə müəyyən edilən müddətdən sonra kirayəçi kirayə götürənlə müavilənin uzadılmaması ilə qərar verə bilər. Bu isə illər üzrə ödənilən vəsaitin heç bir yatırım əhəmiyyəti qalmır. Lakin, Fondun təqdim etdiyi satış öhdəlikli mənzil isə müqavilə sonunda mənzili əldə edirsiz. Qurum izah edir ki, bu isə vətəndaşın həm evdə yaşaması, həm də ev almaq üçün yatırım əhəmiyyətli bir alətdir. Ödənişi vaxtı-vaxtında apardığınız bir müddətdə heç kim vətəndaşdan (bazardakı qiymətlərin dəyişməsindən aşlı olmayaraq) o mənzildən çıxmasını tələb edə bilmir.

Fond tərəfindən təqdim edilən kirayə mənzili Fond özü sığortalayır.

Ödənişlər necə həyata keçir?

Ödənişlər aylıq əsaslarla həyata keçirilir. Sabit qaydada həyata keçirilir. Yəni, mənzil bazarında qiymət amili, inflyasiya və digər amillər müqavilədə göstərilən ödənişlərin sonradan dəyişdirilməsinə əsas vermir. Hansı qaydada ödəniş müəyyən edilibsə müavilə sonuna da həmin məbləğdə də ödəniləcək.

Qiymətlər və aylıq ödənişlər…

Məslən 100 kv. metir olan bir mənzilin rəsmləşdirmə və digər xərclər nəzərə alınmaqla qiyməti ( 1 kv. metrinin qiyməti 1250) 125 500 manatdır.  Həmin mənzili Fond kirayə götürənlə 198 730.57 manat müqavilə ilə imzalayır. Fond bununla da 10 il üzrə 73 730.57 manat bir mənzildən gəliri olur.

HESABLAMA QAYDASI

Xarici divar ölçüləri üzrə sahəsi 100 kv.m
Mənzilin 1 kv.m-nin qiyməti 1 250
Rəsmləşdirmə və digər xərclər nəzərə alınmaqla mənzilin qiyməti 125 000
Nəzərdə tutulan xərclər 4%
Kirayə müddəti 300 ay
Aylıq kirayə haqqı 662.44 manat
Mənzilin alış qiyməti 662.44×300 ay= 198 730.57 manat
Qabaqcadan ödəniş (12 misli) 662.44×12 ay= 7 949.22 manat

 

32 1

Kimlər bu mənzillərdən yararlana biləck?

Rəsmi gəlirlərə malik bu şəxslər:

– Müraciət edilən zaman, bu mənzili əldə etmək istəyənin 30 gündən artıq gecikdirilmiş borcu olmamalıdır,

– Məhkumluğu olmayan şəxslər ( məhkum olub, hazırda məhkumluğu bitmişlər də müraciət edə bilərlər),

– Yaşı 60-a qədər olanlar.

Necə müraciət etməli…

“Elektron ipoteka və kredit zəmanət” sisteminin (EİKZS) kirayə mənzil modulu elektron kabinetin yaradılması və elektron müraciətin formalaşdırılması üçün vətəndaşların istifadəsinə açıqdır. Elektron müraciətlərin qəbulu və baxılması aşağıdakı mərhələlər üzrə həyata keçirilir:

– Vətəndaşlar ilkin mərhələdə gücləndirilmiş elektron imzadan (Elektron imza və ya Asan imza) istifadə etməklə “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən EİKZS-də  elektron kabinet yaradır və elektron müraciətini formalaşdırır.

– EİKZS-də elektron kabinetə malik olan və müraciətini formalaşdıran vətəndaşların elektron kabinetində müraciətlərin qəbuluna başlanması vaxtı barədə bildiriş yerləşdirilir və SMS məlumat verilir.

– Elektron kabinetdə bildiriş yerləşdirildikdən sonra vətəndaşlar eyni elektron kabinetdə müəyyən olunmuş vaxtda elektron müraciəti göndərir. Elektron müraciət avtomatik qeydə alınır və onlara növbə təyin edilir.

– Növbəlilik əsasında vətəndaşa EİKZS vasitəsi ilə sənədlərin qəbulu tarixi təyin edilir. Qeyd edək ki, sənədlərin qəbulu prosesi 2 saylı Bakı “ASAN Kommunal” və Sumqayıt “ASAN Xidmət” mərkəzləri vasitəsilə həyata keçiriləcəkdir.

EİKZS vasitəsi ilə yaşayış sahəsini seçmək imkanı yalnız Fond tərəfindən müraciətə baxıldıqdan və razılıq barədə qərarın qəbul edilməsindən sonra yaranır.

 

 

 

Kirayə mənzilin verilmə şərtləri
Tələb olunan sənədlər
Kirayə mənzilin alınma mərhələləri
Kirayə ilə bağlı xərclər
Mənzillərin siyahısı

Screen Shot 2021 09 23 at 11.36.43
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər