12 C
Baku
Wednesday, December 11, 2024

“Saudi Aramco” 12 mlrd. dollarlıq səhmini bir neçə saat ərzində satıb

Səudiyyə Ərəbistanının dövlət neft şirkəti “Saudi Aramco” hökumətin iqtisadi islahatlar üçün vəsait toplamaq planının bir hissəsi olaraq səhmlərini bazara çıxarıb. İnvestorlara hər səhm üçün 26.7-29 Səudiyyə riyalı (7.1-7.73 dollar) qiymət intervalında 1.545 milyard səhm təklif edilib ki, bu da “Saudi Aramco”nun ümumi nizamnamə kapitalının 0.64%-ni təşkil edir.

“Bloomberg” və ərəb mediasının məlumatına görə, səhmlər ticarətin ilk saatlarında qiymət dəhlizinin yuxarı həddində satılıb və şirkətə 11.94 milyard dollar qazanmağa imkan verib. “Saudi Aramco” 2019-cu ildə də ilkin kütləvi təklif həyata keçirib. Ümumilikdə şirkət 29.4 milyard dollarlıq səhm satıb.

Hazırda şirkətin 82%-i birbaşa hökumətə, 16%-i isə dövlət investisiya fonduna məxsusdur. “Saudi Aramco”nun bazar kapitallaşması təxminən 1.8 trilyon dollardır.

Hökumət səhmlərin yerləşdirilməsindən əldə olunan gəliri texnologiyaların, o cümlədən süni intellekt, idman, turizm və Neom adlı “gələcəyin şəhəri” layihəsinə xərcləyəcək. Qeyd edək ki, Neom şəhərinin tikinti xərcləri daha əvvəl 1.5 trilyon dollardan 500 milyard dollara endirilib.

Son xəbərlər
Digər xəbərlər