10 C
Baku
Wednesday, December 11, 2024

Saudi Aramco ABŞ-da qaz səhmlərini almaq istəyir – Milyardlarla dollar dəyərində

Səudiyyə Ərəbistanı Dövlət Neft Şirkəti (Saudi Aramco), ABŞ-da qaz səhmlərini almaq istəyir və onlara “milyardlarla dollar” sərf etməyə hazırdır.

Banker.az xəbər verirn ki, bu barədə şirkətin baş direktoru Amin Nasser, Reuters-ə bildirib.

“ABŞ-da əlavə investisiyalara marağımız var”. Aramco beynəlxalq qaz komandası, tədarük zənciri boyunca qaz alışlarını öyrənmək üçün açıq platforma əldə edib. Onlar əhəmiyyətli maliyyə resursları ilə təmin olunublar”, – Nasser İsveçrənin Davos şəhərindəki Dünya İqtisadi Forumunda qeyd edib.

Vesti.Ekonomika-nın verdiyi məlumata görə, noyabr ayında Saudi Aramco şirkətinin icraçı direktoru qeyd edib ki, şirkət qaz hasilatını artıraraq, onu ixrac etmək niyyətindədir. Bunun üçün gələcək onillikdə 150 milyard dollarlıq bir sərmayə tələb olunur.

Aramco qaz hasilatını 14 milyard kub funtdan  23 milyard kub funta qədər artırmağı planlaşdırır (gündə 0,65 milyard kubmetr). Nasser-in sözlərinə görə, qeyri-ənənəvi qaz ehtiyatları Səudiyyə Ərəbistanında kimya sektorunun inkişafında mühüm rol oynayacaq.

ABŞ-ın qaz və neft-kimya sektoruna yatırılan investisiyalar, etan qaynaqlarının yüksək olması səbəbindən “çox sərfəli” olub.

“Qaz üzrə əsas qlobal oyunçulardan biri olacağıq”, – o əlavə edib.

Saudi Aramco artıq ABŞ-ın ən iri emalı zavodu olan Motiva-ya sahibdir.

“Biz Motiva neft emalı kompleksində 10 milyard dollarlıq əlavə investisiyalar haqqında razılığa gəldik”, – Nasser bildirib.

Son xəbərlər
Digər xəbərlər