10 C
Baku
Wednesday, December 11, 2024

“Saudi Aramco” ABŞ-ın motor yağı istehsalçısını 2.7 mlrd. dollara alıb

Səudiyyə Ərəbistanının neft şirkəti “Saudi Aramco” ABŞ-ın motor yağı istehsalçısı “Valvoline” şirkətinin beynəlxalq biznesini 2.65 milyard dollara aldığını açıqlayıb, Banker.az bu barədə “Vedomosti”yə istinadən xəbər verir.

Bildirilir ki, satınalma “Saudi Aramco”ya yüksək keyfiyyətli sürtkü yağları xəttini genişləndirməyə, qlobal neft istehsalını optimallaşdırmağa, eləcə də tədqiqat və inkişaf fəaliyyətini genişləndirməyə imkan verəcək.

“Global Products-ın satışı bizim güclü, lakin diferensial biznesimiz üçün uzunmüddətli dəyərini açmaq üçün strategiyamızın uğurlu nəticəsidir”, – deyə “Valvoline”in baş direktoru Sem Mitçell söyləyib.

Mayən əvvəlində “Saudi Aramco” bazar kapitallaşması baxımından ABŞ-ın “Apple” şirkətini geridə qoyaraq, 2.43 trilyon dollar ilə dünyanın ən bahalı şirkəti olub.

Son xəbərlər
Digər xəbərlər