“Saudi Aramco” Asiya üçün neftin qiymətini artıra bilər

Səudiyyə Ərəbistanının “Saudi Aramco” neft-qaz şirkəti Asiyadan olan alıcılar üçün neftin avqust qiymətlərini artıra bilər.

“Prime” agentliyi xəbər verir ki, ekspertlərin çoxu “Arab Light” markalı neftin bir bareli üçün qiymətin 0,65 ABŞ dolları artırıla biləcəyini güman edir.

Şirkətin rəsmi məlumatları növbəti ayın ilk günlərində dərc olunacaq. Daha əvvəl Səudiyyə Ərəbistanı Asiyadan olan alıcılar üçün neftin iyul qiymətlərini 0,2 ABŞ dolları səviyyəsində artırıb.

 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.