6 C
Baku
Sunday, December 15, 2024

“Saudi Aramco” Asiyadakı bəzi müştərilərinə neft tədarükünü azaltdı

Dünyanın ən böyük neft istehsalçısı olan Səudiyyə Ərəbistanı Asiyada azı üç alıcısı üçün fevral ayı tədarükünü ixtisar edib.

“Reuters” xəbər verir ki, mötəbər mənbələr Hindistanda bir neft emalı zavoduna tədarük həcmi 20 %-ə yaxın, Asiyanın şimalında yerləşən daha iki neft emalı müəssisəsinə də 10 % azaldıldığını bildirib. “Saudi Aramco” bu məlumatı şərh etməyib.

Xatırladaq ki, yanvarın 5-də OPEC+ görüşü zamanı Səudiyyə Ərəbistanı neft hasilatının ixtisarına dair məlum razılaşma çərçivəsində cari ilin fevral və mart aylarında birtərəfli qaydada gündəlik hasilatı 1 milyon barel azaldacaqlarını açıqlamışdı. Bu qərar dünya neft bazarında qiymətlərin 2020-ci ilin fevral ayından bu yana ən yüksək həddə çatması ilə nəticələndi.

“Refinitiv Eikon”a görə, Səudiyyə Ərəbistanı ötən il gündə 7 milyon barelə yaxın xam neft ixrac edib və bunun 70 %-i də Asiya bazarının payına düşür.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər