8 C
Baku
Cümə axşamı, Oktyabr 28, 2021

“Saudi Aramco” boru kəmərlərindəki payını satmaq niyyətindədir

Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco” boru kəmərləri bölməsindəki payının satılması imkanlarını nəzərdən keçirir.

Bu barədə “Bloomberg” etibarlı mənbələrə istinadən məlumat yayıb.

Şirkətin bu payın satışından 10 mlrd. ABŞ dollarından çox vəsait əldə edəcəyi hesablanır.

Məlumata görə, “Saudi Aramco” artıq məsləhətçilərlə ilkin danışıqlar aparıb, lakin hələlik yekun qərara gəlinməyib.

©Report

Son xəbərlər
Oxşar xəbərlər