15 C
Baku
Cümə, Oktyabr 22, 2021

“Saudi Aramco” bu il yüzlərlə işçisini ixtisar edəcək

faizlere

Dünyanın ən böyük neft ixracatçısı “Saudi Aramco” işçilərini ixtisar etməyə başlayıb.

“Gulfnews”a istinadən xəbər verilir ki, şirkət daha çox xarici işçilərini ixtisar edir.

“Saudi Aramco”nun 80 min nəfər işçisi var və hər il müəyyən qədər ixtisarlar həyata keçirilir. Bir neçə mənbənin bildirdiyinə görə, bu il isə ixtisarlar normal saydan daha yüksək həddə olacaq və yüzlərlə işçini əhatə edəcək.

Bu ilin I rübündə şirkətin xalis mənfəəti 25% azalaraq 62,5 mlrd rial, 16,6 mlrd ABŞ dolları olub. “Saudi Aramco” bu il üçün əsaslı xərclərini ilkin planlaşdırılan 40 mlrd ABŞ dollarından 25-30 mlrd ABŞ dollarına endirib.

Screen Shot 2021 09 23 at 11.36.43
Mənbə:Report
Son xəbərlər
360 380
Oxşar xəbərlər