12 C
Baku
Saturday, November 23, 2024

“Saudi Aramco” dünyanın ən gəlirli şirkəti olub

“Saudi Aramco” “Apple”ı keçərək dünyanın ən gəlirli şirkəti olub.

Banker.az xəbər verir ki, neft ixracatçısının gəlirləri qlobal enerji qıtlığının səbəb olan bahalaşmadan sonra iki dəfədən çox artıb.

Şirkətin mənfəəti keçən ilki 44.2 milyard riala qarşı 114.1 milyard rial (30.4 milyard ABŞ dolları) təşkil edib. Verilən məlumata görə, “Saudi Aramco”nun maliyyə hesabatının dərcindən sonra səhmlər 1.5% bahalaşaraq 38.3 rial səviyyəsinə çatıb.

Səudiyyə şirkəti aylıq neft hasilatını gündə 400 min barel artırmaq qərarına gələn yeni “OPEC+” sazişi sayəsində illik göstəricilərini yaxşılaşdıra bilib. Qeyd edək ki, razılaşma çərçivəsində Səudiyyə Ərəbistanının kvotası sutkada 11 milyon bareldən 11.5 milyon barelə qədər artırılıb. İyul və sentyabr ayları arasında krallığın xam neft hasilatı 9.6 milyon barel olub.

“Dünya iqtisadiyyatı üçün hələ də bəzi maneələr var, bu qismən təchizat zəncirinin pozulması ilə əlaqədardır, lakin biz optimist düşünürük və yaxın gələcəkdə enerjiyə tələbatın sağlam qalacağını gözləyirik”, – deyə “Saudi Aramco”nun baş direktoru Amin Nasser qeyd edib.

Son xəbərlər
Digər xəbərlər