22 C
Baku
Sunday, May 26, 2024

“Saudi Aramco” gələn il neft tədarükü çatışmazlığından ehtiyat edir

Gələn il hava nəqliyyatı ilə uçuşların artdığı təqdirdə, neftin tədarükü məhdudlaşacaq.

Bunu Səudiyyə Ərəbistanının “Saudi Aramco” dövlət şirkətinin rəhbəri Amin Naser “Bloomberg”ə müsahibəsində deyib.

“Gələn il aviasiya fəallığında artım olarsa, ehtiyat potensialı tükənəcək. İndi biz tədarükün məhdud olduğu vəziyyətə yaxınlaşırıq”, – deyə Amin Naser bildirib.

Onun sözlərinə görə, neft ehtiyatlarının azalması qlobal problemdir.

A. Naser onu da bildirib ki, şirkətlər istehsala daha çox sərmayə qoymalıdırlar. Bu il neftin bir barelinin qiyməti 85 dollara yüksəlib və ABŞ, Yaponiya və Hindistan kimi bir çox istehlakçılar istehsalçıları hasilatı artırmağa çağırıb.

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər