10 C
Baku
Friday, December 13, 2024

“Saudi Aramco” IPO hazırlıqlarını bərpa etdi

Səudiyyə Ərəbistanı “Saudi Arabian Oil Co” (Saudi Aramco) şirkətinin IPO hazırlıqlarını bərpa edir.

Banker.az bildirir ki, bu haqda mənbələrə istinadən Bloomberg xəbər verir.

Agentliyin sözlərinə görə, “Saudi Aramco” dünyanın ən gəlirli şirkətlərindən biridir. Bu yaxınlarda şirkət bir sıra investisiya bankları ilə danışıqlar apararaq, onların IPO -da potensial iştirakını müzakirə edib. Mənbələrin verdiyi məlumata görə, IPO üçün aparılan hazırlıq işləri bu ilin sonunda və ya gələn ilin əvvəlində aktivləşdirilə bilər.

Səudiyyə Ərəbistanının şahzadəsi olan Məhəmməd ben Salman, listinqi təkcə yerli birjada deyil, həmçinin Nyu-Yorkda da keçirməyi planlayır. Məsləhətçilər bu planlardan narahatdırlar, çünki ABŞ-ın şirkəti məhkəməyə verməsi riski var.

İki il ərzində müxtəlif banklarla işlədikdən sonra, “Saudi Aramco” ötən ildə IPO ilə bağlı olan planlarını təxirə salaraq “Saudi Basic Industries Corp.” neft-kimya şirkətində pay aldı. Vesti.Ekonomikanın daha əvvəl verdiyi məlumata görə, bu müqavilənin dəyəri 69,1 milyard dollar təşkil edib.

Səudiyyə Ərəbistanının neft nəhəngi planlaşdırılan aksiya ilə bağlı  “Evercore Inc.”, “Moelis & Co.”, “HSBC Holdings Plc”, “JPMorgan Chase & Co.” və “Morgan Stanley” kimi banklarla işləyib.

“Saudi Aramco” IPO zamanı səhmlərinin 5%-ni satmağı və IPO çərçivəsində 100 milyard dollar cəlb etməyi planlayır.

Səudiyyə Ərəbistanının energetika naziri Xəlid əl-Falih qeyd edir ki, IPO üçün aparılan hazırlıqlar “heç vaxt tam olaraq təxirə salınmayıb”.

 

 

Son xəbərlər
Digər xəbərlər