12 C
Baku
Saturday, November 23, 2024

“Saudi Aramco” neft hasilatını artırmayacağını açıqlayıb

Səudiyyə Ərəbistanının neft şirkəti “Saudi Aramco” ölkənin Energetika Nazirliyinin göstərişinə əsasən, neft hasilatını artırmayacaq.

Bu barədə şirkətin yaydığı rəsmi bəyanatda bildirilir.

Məlumata görə, Energetika Nazirliyinin göstərişinə əsasən, gündəlik maksimal neft hasilatı həcmini 12 mln. barel səviyyəsində saxlamalı və gündəlik hasilatı 13 mln. barelədək artırmağı davam etdirməməlidir.

Şirkət daha əvvəl bəyan etmişdi ki, 2027-ci il üçün gündəlik neft hasilatı gücünü 12 milyon bareldən 13 milyona çatdırmağı planlaşdırır.

Qeyd edək ki, “Saudi Aramco” neft hasilatı və ehtiyatlarının həcminə görə dünyanın ən böyük neft şirkətlərindən biridir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər