2 C
Baku
Saturday, December 14, 2024

“Saudi Aramco” neft qiymətlərini qaldırdı

Səudiyyə Ərəbistanının neft şirkəti “Saudi Aramco” Asiya üçün neft qiymətlərini qaldırıb.

Banker.az xəbər verir ki, bu barədə mənbəyə istinadən “Bloomberg” məlumat verib.

Agentliyin qeyd etdiyi kimi, qiymətlər bir barel üçün 5,6-7,3 dollar artacaq.

Xatırladaq ki, daha əvvəl “Saudi Aramco” neft bazarındakı qeyri-sabitlik səbəbindən yeni qiymətlərin açıqlanmasını bir neçə dəfə təxirə salmışdı.

Neft bazarındakı dalğalanma martın 6-da, OPEC+ iclasında iştirakçıların vahid qərara gələ bilmədiyi vaxtdan başlayıb. May ayında bağlanmış müqaviləyə görə, OPEC+ iştirakçıları may-iyun aylarında hasilatı gündə 9,7 milyon barel, ilin ikinci yarısında 7,7 milyon, 2022-ci ilin aprel ayının sonuna qədər isə 5,8 milyon barel azaldacaqlar.

Son xəbərlər
Digər xəbərlər