20.2 C
Baku
Tuesday, May 13, 2025

“Saudi Aramco” neft qiymətlərinin düşməsi fonunda gəlir itirir

Səudiyyə Ərəbistanının neft və qaz korporasiyası olan “Saudi Aramco” birinci rübdə xalis mənfəətinin 5% azalaraq 97.5 milyard Səudiyyə rialı (26 milyard dollar) təşkil etdiyini bildirib. Bu rəqəm orta hesabla proqnozlaşdırılan 25.4 milyard dollardan bir qədər yaxşıdır. “Saudi Aramco”nun səhmləri hesabatın dərcindən sonra 0.64% bahalaşıb. Şirkət həmçinin səhmdarlara rüb üçün 21.4 milyard dollar dividend ödəyəcəyini təsdiqləyib.

“Səudiyyə Aramco”nun mənfəətinin azalması neft bazarına təsir edən iqtisadi qeyri-sabitlik fonunda satışların aşağı düşməsi və istehsal xərclərinin artması ilə əlaqədar olub. Səudiyyə Ərəbistanı şirkətinin baş direktoru Amin Nasser bildirib ki, qlobal ticarət dinamikası 2025-ci ilin birinci rübündə enerji bazarlarına, iqtisadi qeyri-müəyyənlik isə neft qiymətlərinə təsir edib. “Brent” markalı neftin qiyməti yanvarda 82 dollardan (bu ilin maksimumu) cümə günü, mayın 9-da 64 dollara düşüb. “Səudiyyə Aramco” səhmləri ilin əvvəlindən demək olar ki, 11% ucuzlaşıb.

Son xəbərlər
Digər xəbərlər