6 C
Baku
Cümə axşamı, Yanvar 20, 2022

“Saudi Aramco” “Sabic”dəki payına görə ödənişləri xeyli azaltmaq istəyir

Dünyanın ən böyük neft-qaz hasilatçısı olan “Saudi Aramco” şirkəti neftin qiymətinin düşməsi fonunda neft-kimya nəhəngi “Sabic”dəki 70%-lik pay üçün ilkin ödənişin azaldılması üçün Səudiyyə Ərəbistanının suveren fondu PIF ilə danışıqlara başlayıb. Bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

“Saudi Aramco” ötən ilin mart ayında 69,1 milyard ABŞ dollarına “Sabic”də 70% pay aldığını elan edib. Neft-kimya şirkətinin əsas səhmdarı PIF idi. Müqavilənin 2020-ci ilin birinci yarısında bağlanması planlaşdırılırdı.

Amma “Bloomberg”in mənbələrinin məlumatına görə, neft şirkəti qiymət konyuktirasının pisləşməsi səbəbindən ilkin ödənişin azaldılması üzrə danışıqlar başladıb. Bir paket üçün elan edilmiş qiyməti endirmək imkanı da qiymətləndirilir.

Agentlik yazır ki, “Saudi Aramco” və PIF ötən ilin oktyabr ayında artıq ödəməni restrukturizasiya ediblər. Nəticədə ilkin ödəniş 50%-dən 30%-ə endirilib, qalan hissəsinin isə 2025-ci ilin sentyabrına qədər ödənilməsi planlaşdırıldı.

“Sabic” dünyanın 50 ölkəsində fəaliyyət göstərir, 2018-ci ildə istehsalın həcmi 75 milyon tona, xalis mənfəəti – 5,7 milyard ABŞ dollarına, gəlir isə 45 milyard ABŞ dollarına çatıb. Şirkətin aktivləri 85 milyard ABŞ dolları dəyərində qiymətləndirilib.

Saziş “Saudi Aramco”nun 2030-cu ilə qədər neft emalı həcmini gündəlik 5 milyon bareldən 8-10 milyon barelə (bunun 2-3 milyonu neft-kimya məhsulları təşkil edəcək) qədər artırmaq strategiyasının bir hissəsidir.

Mənbə:Report
Son xəbərlər
Oxşar xəbərlər