5 C
Baku
Çərşənbə, Yanvar 19, 2022

“Saudi Aramco” şirkəti Azərbaycandan gedir

Azərbaycan bazarını daha bir xarici şirkət tərk edir.

Banker.az xəbər verir ki, “Aramco Overseas Company Azərbaycan” MMC ləğv olunduğunu elan edir.

Kreditorlar iki ay ərzində tələblərini 1065 Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, ev 8, mənzil Hyatt beynəlxalq Mərkəzi, Hyatt Touer 2, 1-ci mərtəbə, Dentons Şirkəti ünvanına bildirə bilərlər.

Xatırladaq ki, “Aramco Overseas Company” neft və kimya sənayesi şirkəti kimi fəaliyyət göstərir. Şirkət həmçinin tədqiqat, texnologiya, mühəndislik, təchizat, kadr və ixtisasartırma xidmətləri təklif edir. Şirkətin nizamnamə kapitalı 10 min avrodur.

Son xəbərlər
Oxşar xəbərlər