15 C
Baku
Friday, November 8, 2024

“Saudi Aramco” “Horse Powertrains”də 10% pay alır

Səudiyyə Ərəbistanının dövlət neft şirkəti “Saudi Aramco” 740 milyon avroya hibrid və qaz avtomobilləri üçün ekoloji cəhətdən təmiz mühərriklər hazırlayan “Geely” və “Renault” şirkətlərinin birgə müəssisəsi olan “Horse Powertrains Ltd”də 10% pay alır.

“MarketWatch” xəbər verir ki, Çin və Fransa avtomobil istehsalçılarının hər biri birgə müəssisədə 45%-ni saxlayacaq. Müqavilə tənzimləyici tərəfindən təsdiqlənməlidir.

“Aramco” səhmləri bazar ertəsi ticarətin bağlanışında 1.4% ucuzlaşıb. Parisdə keçirilən sessiyada “Renault” səhmlərinin qiyməti 2.6% bahalaşıb.

Son xəbərlər
Digər xəbərlər