13 C
Baku
Friday, November 8, 2024

“Saudi Aramco” şirkətinin səhmləri dəyəri düşüb

Səudiyyə Ərəbistanının “Saudi Aramco” dövlət neft şirkətinin səhmləri bu gün “Tadawul” birjasında keçirilən hərracda 33,5 rial (8,93 ABŞ dolları) səviyyəsinədək geriləyib.

TASS xəbər verir ki, ötən il dekabrın əvvəllərində “Aramco”dakı İPO-dan sonra həmin ayın ortalarında keçirilən hərracda şirkətin səhmləri 38,7 rialdan satılıb, yəni şirkətin dəyəri 2 trilyon ABŞ dollarına yaxın olub. Hazırkı hərracın nəticələri isə şirkətin 1,78 trilyon ABŞ dollarınadək azaldığını göstərir.

Qeyd edək ki, “Aramco”nun səhmləri bu il yanvar ayının ortalarından etibarən davamlı olaraq ucuzlaşır. Bunun əvvəlki səbəbi Yaxın Şərqdəki gərginliyin artması, sonra isə Çində koronavirusun yayılması üzündən neft bazarında tələbatın zəifləməsi olub.

Məsələni şərh edən “Fitch” agentliyinin nümayəndəsi Dmitriy Marinçenko bildirib ki, koronavirus “Aramco”ya ikiqat zərbə oldu: “Burada neftin ucuzlaşmasından başqa, həm də OPEC+ çərçivəsində hasilatın azalacağı da özünü göstərir. Bu azalmada əsas pay sahibi yenə də Səudiyyə Ərəbistranı olacaq”.

©Report

Son xəbərlər
Digər xəbərlər