Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco” və Fransanın “TotalEnergies” şirkəti krallıqda yeni neft-kimya kompleksinin tikintisi üçün 11 milyard dollarlıq müqavilə imzalayıb. Bu barədə “Səudiyyə Aramco”nun şənbə günü şirkətin saytında dərc edilmiş bəyanatında deyilir.
Kompleks Səudiyyə Ərəbistanının şərqindəki Əl-Cubail sənaye zonasında yerləşən mövcud SATORP neft emalı zavodunun strukturuna inteqrasiya olunacaq. “Saudi Aramco” şirkətinin məlumatına görə, layihə Fars körfəzində ən böyük termal krekinq zavodlarından birinin tikintisini nəzərdə tutur. Onun ildə 1.65 milyon ton etilen istehsal edə biləcəyi güman edilir.
Layihəyə sərmayələr təxminən 11 milyard dollar təşkil edəcək ki, bunun da 4 milyard dolları “Aramco” (62.5%) və “TotalEnergies” (37.5%) tərəfindən qoyulacaq. Kompleksin tikintisi 7 min iş yerinin yaradılmasına imkan verəcək.