Səudiyyə Ərəbistanının “Saudi Aramco” neft şirkətinin rəhbəri Əmin Həsən əl-Nasser hesab edir ki, neftdən imtina dünyada inflyasiyanın artmasına və sosial narazılığa səbəb ola bilər.
Banker.az xəbər verir ki, o, bunu dekabrın 6-sında Hyustonda keçirilən Dünya Neft Konqresində deyib.
Həsən əl-Nasserin sözlərinə görə, dünyanın qısa zamanda neftdən imtina etməsi ilə bağlı fərziyyə qüsurludur və bir çox risklər daşıyır.
“Lakin bu reallığı qəbul etmək enerji təhlükəsizliyi, qarşısıalınmaz inflyasiya və sosial iğtişaşlarla mübarizə aparmaqdan daha asan olacaq”, – deyə spiker söyləyib.
“Saudi Aramco”nun rəhbəri həmçinin qeyd edib ki, başlanmış xaotik enerji keçidi və enerji sektorunun inkişafı qiymətlərin “qəbuledilməz dərəcədə yüksək” olmasına gətirib çıxarıb və qlobal koalisiya dağılmağa başlayıb.