Qlobal neft bazarları qısa müddətdə Qırmızı dənizdə daşınmaların öhdəsindən gələcək, “Saudi Aramco”nun baş direktoru Amin Nasserno deyir. Bununla belə, o, husilərin gəmilərə hücumları davam edərsə, bunun daha uzun marşrutlar və təchizatdakı gecikmələr səbəbindən tanker çatışmazlığına səbəb olacağını söyləyib.
Cənab Nassernoya görə, 2024-cü ildə neftə tələbat sutkada 104 milyon barel (b/d) təşkil edəcək ki, bu da ötən illə müqayisədə 1.5 milyon barel çoxdur. O, əmindir ki, artan tələbat, aşağı ehtiyatlarla birləşərək, bazarın daha da daralmasına kömək edəcək.
2023-cü ilin dekabrında Qırmızı dənizdə beynəlxalq gəmilərin atəşə tutulması daha tez-tez baş verib. Bu, İsrail və Fələstinin HƏMAS hərəkatı arasında gedən müharibə ilə əlaqəli olub. Atəşlərə görə Süveyş kanalının gəlirləri yanvarın 11 günündə artıq 40% azalıb. Yanvarın 12-də ABŞ və Böyük Britaniya Yəməndəki husilərin mövqelərinə zərbələr endirib. Hücumlar yanvarın 13 və 14-də də davam edib. “Bloomberg”in məlumatına görə, Rusiya tankerləri husilərin hücumlarına görə Süveyş kanalı marşrutundan yayınmağa başlayıb.