12 C
Baku
Saturday, November 23, 2024

“Saudi Aramco”nun rüblük mənfəəti 38% azalıb

“Saudi Aramco” ikinci rübdə 30.1 milyard dollar xalis mənfəət əldə etdiyini bildirib, Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir. Bu, ötən ilki göstəricidən 38% azdır. Həmin yarımilin nəticələrinə görə, mənfəətin azalması daha təvazökar olub – 87.9 milyard dollardan 62 milyard dollara, yəni 29.5%.

“Saudi Aramco”nun hesabatı neft bazarındakı ümumi tendensiyanı əks etdirir. Əgər ötən il neft şirkətləri Ukraynadakı hərbi münaqişə fonunda əmtəə qiymətlərindəki sıçrayışla bağlı rekord gəlir əldə etdiklərini bildirirdilərsə, indi əmtəə bazarında qiymət korreksiyasından sonra bir-birinin ardınca şirkətlər mənfəətlərinin əhəmiyyətli dərəcədə azaldığını deyirlər.

Mənfəətin azalmasına baxmayaraq, “Saudi Aramco” dividend ödəməkdən imtina etməyib. İkinci rübdə ödənilən 19.5 milyard ABŞ dolları məbləğində dividendlərdən sonra şirkət üçüncü rübdə də eyni baza dividendini ödəmək, həmçinin şirkətin maliyyə göstəriciləri ilə əlaqəli dividendləri ödəməyə başlamaq niyyətindədir.

Son xəbərlər
Digər xəbərlər