24 C
Baku
Thursday, July 25, 2024

“Saudi Aramco”nun xalis mənfəəti ötən il 161.1 milyard dollar olub

Dünyanın ən böyük neft şirkəti olan “Saudi Aramco” ötən il 161,1 milyard dollar xalis mənfəət əldə edib. Bu da əvvəlki illə müqayisədə 46,5 faiz artım deməkdir. Belə ki, şirkətin 2021-ci ildə xalis mənfəəti 110 milyard dollar olub.

Bu barədə “Saudi Aramco”nun yaydığı hesabatda qeyd edilib.

Şirkətin rekord maliyyə nəticələrinə neft qiymətlərinin kəskin artımı və satış həcmi, eləcə də yaxşılaşdırılmış emal markası səbəb olub. “Saudi Aramco”nun dördüncü rüb üzrə dividend ödənişləri 19,5 milyard dollar təşkil edib.

Ötən il şirkətin sərbəst pul axını 2021-ci illə müqayisədə 38 faiz artaraq 148,5 milyard dollar olub. Şirkətin əsaslı xərclərinin həcminin bu il 45-55 milyard dollara çatacağı proqnozlaşdırılır.

Şirkətin baş direktor Amin Nasser qeyd edib ki, “Saudi Aramco” neft və qaz sənayesinə kifayət qədər investisiya qoyulması riskini nəzərə alaraq kapital xərclərini 18 faiz artırıb.

Son xəbərlər
Digər xəbərlər