“Sauthempton” 0:9 məğlubiyyətindən sonra əməkhaqqı ilə bağlı maraqlı addım atıb

İngiltərənin “Sauthempton” klubunun məşqçi və futbolçu heyətinin maaşlarının bir hissəsi xeyriyyə fonduna köçürüləcək.

Bu barədə qərar Premyer Liqanın X turunda “Lester”ə 0:9 hesablı məğlubiyyətdən sonra verilib.

Vəsait Müqəddəslər Fonduna köçürüləcək. Komanda üzvləri bu məqsədlə bir günlük maaşlarından keçəcək. Onlar matçın baş tutduğu oktyabrın 25-i üçün pul almamağa qərar veriblər.

Qeyd edək ki, “Lester”in 9:0 hesablı qələbəsi İngiltərə çempionatlarının tarixində yüksək dəstələrdə ən fərqli səfər qalibiyyəti olub. “Sauthempton” isə öz tarixində ən ağır məğlubiyyətə üzülüb.

APA

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər