27 C
Baku
Wednesday, September 28, 2022

“Savills” şirkəti Rusiya bazarından çıxır

Beynəlxalq daşınmaz əmlak agentliyi “Savills” Rusiya bazarını tərk etmək qərarına gəlib. “Banker.az” xəbər verir ki, yerli bölmə fəaliyyətini davam etdirəcək, lakin əvvəlki adına – “Intermark Real Estate”ə qayıdacaq.

Şirkətin baş direktoru və idarəedici partnyoru Aleksandr Şatalov izah edir ki, “Savills” adını 2006-cı ildə, daşınmaz əmlak agentliyi ilə ortaqlığa girəndə dəyişib.

“Zaman yeni şərtlər diktə edir, bu gün biz öz köklərimizə qayıdırıq. Bununla belə, “Intermark Real Estate”in köhnə adına nəhəng bilik və təcrübə əlavə edilib”, – deyə Aleksandr Şatalov söyləyir.

“Savills” korporasiyası 1855-ci ildə Böyük Britaniyada yaradılıb və 70-dən çox ölkədə fəaliyyət göstərir.

Son xəbərlər
Oxşar xəbərlər