23 C
Baku
Monday, September 16, 2024

Şavkat Mirziyoyev: Azərbaycan artıq həm də Özbəkistanın müttəfiqidir

Azərbaycanda parlament seçkiləri, COP29 keçiriləcək. Azərbaycana uğurlar arzulayıram.

Bunu Azərbaycan və Özbəkistan sənədlərinin imzalanması mərasimindən sonra Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev mətbuata bəyanatında bildirib.

Şavkat Mirziyoyev deyib ki, Azərbaycan artıq həm də Özbəkistanın müttəfiqidir: “Biz bu gün geniş sahələrdə əməkdaşlığımızı müzakirə etdik. Siyasi dialoqu gücləndirməyə, beynəlxalq çərçivədə əməkdaşlığımızı artırmağa qərar verdik. Ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılmasını qeyd etdik. 20 əsas istiqamətdə layihələr həyata keçirməyə, kooperasiyalar yaratmağa qərar vermişik. Azərbaycan və Özbəkistan nizamnamə kapitalı 500 milyon dollar olan investisiya fondu yarıdıb, bunu da qeyd etmək istəyirəm”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər