“Bu gün Azərbaycan yüksək sürətlə inkişaf edir”.
Bunu Azərbaycan və Özbəkistan sənədlərinin imzalanması mərasimindən sonra Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev mətbuata bəyanatında bildirib.
Şavkat Mirziyoyev deyib ki, bir daha Prezident İlham Əliyevi Azərbaycanın ərazi bütövlüyünün bərpası münasibəti ilə təbrik edir:
“Bu gün tarixi Azərbaycan torpaqları sürətlə inkişaf edir. Evlər, yollar tikilir, tunellər çəkilir, infrastruktur layihələri icra olunur. İnsanlar torpaqlarına qayıtmasını illərlə gözləyiblər. Özbəkistan bundan sonra da bu prosesdə Azərbaycanı dəstəkləməyə, Özbəkistan inşaatçıları yeni Qarabağın inşasında iştirak etməyə hazırdır”.