27 C
Baku
Saturday, July 27, 2024

Saxlanc vəsaitlər dollardadır, manata çevirək – Sədrdən TƏKLİF

Hazırda Azərbaycan banklarında 5 milyard manata yaxın izafi likvidlik var və bu vəsaitlərin böyük hissəsi dollarda saxlanılır.

Banker.az xəbər verir ki, Azərbaycan Banklar Assosiasiyasının İdarə Heyətinin sədri Zakir Nuriyevin sözlərinə görə, bu əlavə vəsaitin iqtisadiyyata, mikromaliyyə təşkilatlarına ötürülməsində çətinliklər var.

“Banklardakı likvid vəsaitin böyük hissəsi xarici valyutadadır. Son devalvasiyalar göstərdi ki, kreditlərin dollarda verilməsi müəyyən çətinliklər yarada bilir. Konfransda Palatanın rəhbərliyindən iştirak edən olduğunu nəzərə alaraq bildirmək istəyirəm ki, yığılmış dollar vəsaitlərinin manata konvertasiyası və ya manatla svop edilməsi kimi əməliyyatların aktivləşdirilməsi çox əhəmiyyətli olar. Çünki ölkədə vəsait çatışmazlığı deyil, yığılmış izafi vəsaitlərin iqtisadiyyata ötürülməsi problemi var”.

oxu.az

Son xəbərlər
Digər xəbərlər