Günlərin bir günü iki dost kiçik səhər kafesində oturmuşdular.
Kafeyə iki nəfər daxil olur və sifarişlərini edirlər:
– 5 qəhvə, zəhmət olmasa. 3-nü bizim üçün, 2-sini isə saxlayın.
Bir dost təəcüblənərək deyir:
– Saxlanılmış nədir?
Yanındakı ona cavab verir:
-İndi görərsən.
Kafeyə bir neçə müştəri daha gəlir. İki qız 2 fincan qəhvə sifariş etdilər və 2 fincan qəhvə pulunu da ödədilər. Üç hüquqşunas 7 fincan qəhvə sifariş etdilər, lakin 3 fincan qəhvə içərək 7 fincanın da pulunu ödədilər.
Və kafeyə yaşlı bir kişi daxil olur.
Bir az tərəddüd edərək və həyacanlı səslə o, deyir:
– Sizdə saxlanılmış qəhvə var?
Kafenin işçiləri ona pulsuz olaraq bir fincan qəhvə verirlər.
Belə bir xeyriyyəçilik İtaliyada, Neapolda bir kafedə yaranıb.
İnsanlar imkansızların yerinə içiklərə və yeməklərə görə pul ödəyirlər.