Maliyyə-texnologiya şirkəti olan “Saxo Bank” 2021-ci ilin üçüncü rübü üçün qlobal bazarlar üçün proqnozunu açıqlayıb.
Banker.az bu barədə “İz.ru”ya istinadən xəbər verir.
Tədqiqatlar səhmlər, valyutalar, əmtəələr və istiqrazlar, eləcə də bir sıra makroiqtisadi mövzularda olan fikirləri əhatə edir. Ekspertlər qızılın ABŞ dolları istiqamətində hərəkət edəcəyini söyləyirlər. Bununla yanaşı, ABŞ istiqrazlarının real gəlirliliyinin müəyyən edilmiş vaxtda kifayət qədər sabit qalacağı gözlənilir.
Analitiklər həmçinin COVID-19 pandemiyasının yeni dalğasının neft və qızıla təsirini qiymətləndiriblər. Onların fikrincə, epidemioloji vəziyyətdəki dəyişikliklər neftə əhəmiyyətli dərəcədə təsir göstərə bilməz. Bu onunla əlaqələndirilir ki, neft ixrac edən ölkələr (OPEC+) hasilatı tələbə müvafiq olaraq tənzimləyəcəklər. Eyni zamanda yeni şərtlər daxilində OPEC+ ölkələrinin neftin qiymətini artıra biləcəkləri də nəzərdən keçirilir.
Qızıl koronavirusun yeni ştammlarına qarşı müsbət cavab verəcək, çünki inflyasiyanın artması ilə birlikdə mərkəzi bankların faiz dərəcəsini artırmaq qabiliyyəti məhdudlaşır. “Saxo Bank” qeyd edir ki, sentyabr ayının sonuna qədər “Brent” neftinin bir bareli təxminən 75 dollar, qızılın bir unsiyası isə 1.8 min dollar səviyyəsində olacaq.
Xatırladaq ki, keçən ilin dekabr ayında “Saxo Bank” koronavirus peyvəndlərinin korporativ defolt riskini artıracağını proqnoz edib. Analitiklər pandemiyanın daha bir nəticəsi kimi sosial bərabərsizliyin artmasını göstəriblər Bankın ehtimallarına görə, gənclər böyüdükləri yerdə yaşamağa üstünlük verəcəklər.