19 C
Baku
Thursday, October 16, 2025

“Saxo Bank” beynəlxalq aviauçuşların nə zaman bərpa ediləcəyini açıqlayıb

Beynəlxalq aviauçuşların bərpası gələn ilin birinci rübündə başlayacaq və yaya qədər “koviddən əvvəlki” həcmin 70-80%-nə çatacaq.

Banker.az xəbər verir ki, bu barədə “Saxo Bank”ın investisiyalar üzrə direktoru Stin Yakobsen bildirib.

“Beynəlxalq aviauçuşların bərpası 2021-ci ilin birinci rübündə başlayacaq və yaza qədər əvvəlki həcmin 70-80%-nə çatacaq. Pasportlara gəlincə, Avropa bu sistemi bəyənir, amma əminəm ki, texnologiya və elm virusu daha yaxşı idarə etməyi öyrənəcək”, – deyə agentlik qeyd edib.

Stin Yakobsen normal həyat tərzinin qismən bərpa olacağını proqnozlaşdırır.

“Düşünürəm ki, işgüzar uçuşlar əvvəlki səviyyəyə çatmayacaq, şirkətlər onları ixtisar edəcək. Distant iş adi hala çevriləcək və bütün dünyanı dəyişdirəcək: bundan sonra insanlar hər gün ofislərə getməyəcəklər. Artıq bir sıra şirkətlər var ki, onlar heç vaxt köhnə iş rejiminə qayıtmayacaqlarını bildiriblər. Bu trend bir daha geri dönməyəcək”, – deyə maliyyə eksperti vurğulayıb.

Onun fikrincə, işçilər məhsuldar olmaq üçün ofisə getməyə ehtiyacın olmadığını başa düşüblər. Bundan əlavə, distant rejim xeyli vaxt və pul qənaət edir ki, bu da bir çox insanın həyat səviyyəsinə müsbət təsir göstərəcək.

Son xəbərlər
Digər xəbərlər