21.6 C
Baku
Şənbə, Sentyabr 18, 2021

“Saxo Bank” birinci rübdə “Brent”in 50 dollardan aşağı olacağını proqnozlaşdırıb

Screen Shot 2021 09 02 at 14.34.20

“Saxo Bank”ın əmtəə bazarları strategiyasının rəhbəri Ole Hansen, “OPEC+” çərçivəsinə neft hasilatının gündə 1.45 milyon barel azaltmaq qərarından sonra “Brent”in 55 dolları keçdiyini bildirib.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.Hansen neftin qiymətinin 2021-ci ilin birinci rübündə 50 dollardan aşağı olacağını proqnozlaşdırır.

“Səudiyyə Ərəbistanının hasilatı azaltmaq qərarı dünyanın hər yerində qiymətlərin artmasına gətirib çıxarıb. Bu, pandemiya ilə əlaqədar olub. Biz qiymətlərin maksimum səviyyəyə çatdığını hesab edirik”, – deyə mütəxəssis söyləyib.

Eyni zamanda, Ole Hansen Səudiyyə Ərəbistanının “qiyməti qoruyub saxlamaq üçün hər şey edəcəyini” və bu səbəbdən neftin qiymətinin fundamental maksimumu aşa biləcəyini istisna etmir. Hansen əlavə olaraq qeyd edir ki, neftdəki güclü artım investorların neft və metal kimi xam mallara maraq göstərməsi ilə izah olunur.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360x380 1
Oxşar xəbərlər