7 C
Baku
Thursday, December 12, 2024

Saxta 8 Mart endirimləri

Qarşıdan çoxdan bəri gözlədiyimiz 8 Mart və Novruz bayramı gəlir. Heç yaxınlarınıza bu bayram münasibətilə nə hədiyyə edəcəyiniz barədə düşünmüsüz? Çoxumuz düşünürük ki, şəhərin  demək olar ki, bütün mağazalarında böyük endirim aksiyaları mövcuddur. Və həmin mağazalara gedib belə möhtəşəm endirim aksiyalarından yararlana bilərik.  Axı bütün reklamlar belə deyir?

Çox təssüf ki, deyilənlər həmişə olduğu kimi deyil. Belə ki, son zamanlar  mağazalarda alıcıların aldadılması faktları üzə çıxıb. Yəni, mağazanın pəncərələrində 30%, 50%, 60%, bəzən isə hətta 70%  məzmunlu reklamlar yerləşdirilsə də, mağazada satışda olan malların qiymətinə endirim tətbiq edilmədiyinin şahidi oluruq. Son vaxtlar ticarət və xidmət obyektlərində müхtəlif faizli ucuzlaşdırılmanı nəzərdə tutan kampaniyaların keçirildiyi haqda elanların sayı kəskin şəkildə artıb. Mağazaların vitrinlərində, iri reklam şitlərində satış qiymətlərinin astrononik dərəcədə aşağı salınması barədə məlumat verilir.

Əslində isə mağazalar qeyd olunan endirim aksiyalarını tətbiq etmək üçün aidiyyəti strukturlardan icazə almalıdırlar. Belə olan təqdirdə isə mağaza sahibləri saxta endirim aksiyalarını nümayiş edə bilməzlər.

Ekspertlərin fikrincə, ümumiyyətlə ölkədə hökm sürən  saxta endirim kampaniyalarına qarşı tədbirlər effektiv deyil, bununla bağlı xüsusi qanun qəbul edilməli, cərimələr artırılmalıdır.

Nəzərə alsaq ki, yalançi endirim kampaniyalarına dünyanın ən inkişaf etmiş ölkələrində belə rast gəlinir. Ancaq digər ölkələrlə müqayisədə bizdə bu üsuldan daha geniş istifadə olunur. Son vaxtlar isə belə hallar kəskin surətdə artıb.

Ümumiyyətlə hər bir sahənin öz qanunauyğunluqları var. Belə ki, ticarət sahəsində də satılan malın maya dəyərinin üzərinə ən çoxu 25-30 faiz əlavə oluna bilər. Yəni, istehlakçılar hər hansı bir məhsulu maya dəyərindən 25% və ya 30% baha ala bilərlər.

Beləki, maya dəyərindən aşağı qiymətə malın satılması sahibkara sərf etmir. Bəs mağaza sahibləri məhsulu 70% ucuz necə sata bilərlər? Axı bu onlara heç sərf etməz? Deməli, burada nə isə qanunsuz məsələ var.

Son xəbərlər
Digər xəbərlər