2 C
Baku
Saturday, December 14, 2024

Saxta diplomlu müəllimlər sertifikasiyaya cəlb olunacaq – RƏSMİ

Diplomu dövlət nümunəli olmayan təhsilverənlər də sertifikatlaşdırılma prosesinə cəlb olunacaqlar.

Bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.

“Müəllimlər üçün bu barədə məhdudiyyət yoxdur. Diplomu dövlət nümunəli olmayan müəllimlər də (saxta diplom) təhsilverənlərin sertifikatlaşdırılması prosesinə cəlb olunacaqlar”, – rəsmi açıqlamada deyilir.

Xatırladaq ki, bir müddət öncə Milli Məclisin Elm və təhsil komitəsində “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə elm və təhsil naziri Emin Əmrullayev 15-20 il əvvəl külli miqdarda saxta diplom verən ali məktəblərin olduğunu qeyd edib.

Son xəbərlər
Digər xəbərlər