-1 C
Baku
Sunday, December 15, 2024

Saxta “Facebook” hesabları ilə bağlı XƏBƏRDARLIQ

Son zamanlar kiberdələduzlar tərəfindən “Facebook” sosial şəbəkəsində müxtəlif adlarda saxta dələduzluq səhifələri yaradılır.

Banker.az xəbər verir ki, bu barədə  Elektron Təhlükəsizlik Xidmətindən bildirilib.

Dələduzlar, səhifələrində bir çox şirkətlərin “Facebook” səhifələrini qeyd edərək, onların silinəcəyinə dair həqiqəti əks etdirməyən məlumatlar paylaşırlar. Belə ki, paylaşımlarda “Facebook”a daxil olmaq üçün saxta keçidlər vasitəsilə istifadəçilərin giriş məlumatları tələb edilir. Məlumatlar daxil edildikdən sonra “Facebook” hesabının dələduzlar tərəfindən ələ keçirilməsi halı müşahidə olunur.

Elektron Təhlükəsizlik Xidməti qurumlardan bu kimi hallara qarşı diqqətli olmağı, həmçinin tanımadıqları mənbədən gələn keçidlərə daxil olmamağı tövsiyə edir.

Son xəbərlər
Digər xəbərlər