ABŞ-də 1959-cu il istehsalı olan “Ferrari 250 Testa Rossa”nın surəti hərraca çıxarılıb.
Satış “Bring a Trailer” hərracının saytı vasitəsilə həyata keçirilib.
Məlumata görə, saxta idman avtomobili 720 min dollara satılıb. Bu, iki müasir “296 GTB” modelinin qiymətidir.
Qeyd edək ki, əsl “Ferrari 250 Testa Rossa” hazırda 38-40 milyon dollar dəyərindədir. Bu idman avtomobillərindən yalnız 33 ədəd istehsal edilib.