8 C
Baku
Friday, December 13, 2024

“Saxta jestiniz kifayətdir” – Polşa Aİ-dən Rusiyaya qarşı sərt sanksiyalar tələb edir

Polşanın Baş naziri Mateuş Moraveski Ukraynanın Kiyev vilayətində Rusiyanın hərbi cinayətlərini nəzərdən keçirmək və təsirli sanksiyalar tətbiq etmək üçün Avropa İttifaqı (Aİ) üzvlərini mümkün qədər tez toplaşmağa çağırıb.

Bu barədə Moraveski feysbukdakı səhifəsində yazıb.

O qeyd edib ki, Rusiya işğalçılarının Buçada və Kiyev vilayətinin digər yaşayış məntəqələrində törətdikləri cinayətlər soyqırım adlandırılmalı, onlara görə birbaşa və ya dolayısı ilə məsuliyyət daşıyan hər kəs Beynəlxalq Tribunal tərəfindən ciddi şəkildə cəzalandırılmalıdır.

“Buçadakı qətliam Avropa və dünya üçün oyanış çağırışından daha çox şeydir. Bu, ədalət, azadlıq və yaşamaq hüququ; təməl və ümumbəşəri dəyərlər üçün dəhşətli fəryaddır”, – Moraveski sosial şəbəkə hesabında yazıb.

Polşanın Baş naziri Aİ-ni Rusiyanın oliqarxları da daxil olmaqla, bu ölkənin Qərb banklarındakı bütün səhmlərini müsadirə etməyə çağırıb. O, həmçinin Rusiya ilə bütün ticarət əlaqələrinin dərhal kəsilməsinin və Avropa pullarının Kremlə axınının dayandırılmasının vacibliyini qeyd edib.

O, həmçinin vurğulayıb ki, Ukrayna Mariupol, Buça və digər şəhərlərin qadın və uşaqlarını qoruya biləcək silahlar almalıdır.

“Bu, bizim siyasi və mənəvi borcumuzdur. Saxta jestlər və qaçış taktikası yetər. Bəsdir! Sanksiyalar heç bir nəticə vermir. Rusiyanın həyata keçirdiyi soyqırımının oksigenini kəsin”, – Moraveski əlavə edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər